
Bir arzumuz var idi… və biz onu öz hekayəmizə çevirdik. Bu yola biraz günəş, biraz torpaq, böyük inanc və iş eşqi qatdıq. Bilik və təcrübəni bir araya gətirib keçmişimizlə gələcəyimizi birləşdirdik. 20 illik təcrübəmizi SEVGİ İLƏ yoğurub “Gavali” markasını qurduq.
Bugün “Gavali”, lüks quru meyvə, şokolad və hədiyyəlik sahəsində fəaliyyət göstərən artıq tanınmış bir brenddir. Gavali’nin məhsul çeşidi, sağlamlığa zərərli əlavələrdən uzaq qalan təbii quru meyvələr, xüsusi lokumlar, əl ilə hazırlanan şokoladlar və s. ekskluziv ürünlər kimi diqqətlə seçilmiş məhsullardan ibarətdir.
Gavali, müştəri məmnuniyyətinə böyük önəm verir və hər zaman ən yüksək keyfiyyət standartlarına sadiq qalır. Mağazalarında, diqqətlə seçilmiş məhsullar təqdim edərkən, həm də zərif və estetik bir təqdimat həyata keçirir. Bu xüsusiyyətlərilə Gavali, xüsusilə keyfiyyət və lüks axtaran istehlakçılar arasında məşhur olmuşdur.
Gavali – hər zaman yüksək keyfiyyətli, eksklusiv və təbii məhsulları fərqli tərtibatda təqdim etmək məqsədi ilə qurulmuşdur.
2018 ci ildən “Gavali” markası ilə fəaliyyətə başalayan Şirkətimizin hal-hazırda Türkiyə, Rusiya və Özbəkistanda ixracat-idxalat ticarət fəaliyyətilə məşğul olan Şirkətləri, Azərbaycan, Bakıda isə dörd mağazası var: Nərimanov, Elmlər, Azadlıq və Ağ Şəhər’ səmtlərində. Mağazalarımız geniş məhsul çeşidilə yanaşı, həm də təbii çay, fərqli qəhvə içkiləri, yalnız təzə və dadlı şirniyyatlarıyla müştərilərinə xoş bir ortam təqdim edir.
Keyfiyyətə bağlılıq, innovasiya və müştəri məmnuniyyətinə dayanaraq, bir dünya markası olma naminə inamla formalaşan bu hekayə, keçmiş təcrübələrlə zəngin bir mirası gələcəyə daşımaqdadır…
SEVGİ İLƏ dolu yolumuz daima açıq olsun💙